Art
“Şrek 5”in süjeti İNTERNETƏ SIZDIRILDI
“Şrek 5” cizgi filminin süjeti internetə sızdırılıb.
Publika.az xəbər verir ki, sözügedən məlumatı “MyTimeToShine” ləqəbli insayder "X" sosial şəbəkəsində paylaşıb.
"Şrek"in qızı (Zendaya tərəfindən oynanılır) sehrdən istifadə edir və təsadüfən "Şrek" və "Eşşəy"i real dünyaya aparır. İndi onlar geri qayıtmağın bir yolunu tapmalıdırlar, çünki o, onları evə gətirmək üçün sehri bilmir", - məlumatda deyilir.
Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.
"Şrek 5" cizgi filminin premyerası 2026-cı ilin dekabrında baş tutacaq. Cizgi filminin buraxılışı "DreamWorks Animation" studiyasının 25 illik yubileyinə təsadüf edir.
Mediada yayılan məlumata görə, Mayk Myers, Eddie Murphy və Cameron Diaz "Şrek", "Eşşək" və "Fiona" rolları ilə geri dönəcəklər.
Nəhəng div və onun dostu "Eşşək" haqqında cizgi filmi ilk dəfə 2001-ci ildə böyük ekranlara çıxıb və həmin ilin ən çox gəlir gətirən ekran işlərindən birinə çevrilib. O, həmçinin Ən Yaxşı Animasiya Filmi üzrə Akademiya Mükafatını qazanıb. O vaxtdan bəri film daha üç filmlə genişləndirilib, ən sonuncusu 2019-cu ildə "Shrek Forever After" adı ilə yayımlanıb.
Hüseyn İbadlı
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















