Art
“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir” - VİDEO
Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. R. Balayev deyib ki, kinostudiyanı yenidən ayağa qaldırmağa çalışırlar:
“Kino ittifaqının birinci katibi kimi çalışırdım. 2013-cü ildə istefa verdim və 9 il evdə oturdum. Bu, mənim üçün uzun müddət idi. Çəkiləsi olsaydım, o müddətdə çox filmdə oynaya bilərdim. Amma filmlər çəkilmirdi, bu illər boşa getdi. Sonradan dəvət etdilər, seçki oldu, seçdilər, mən də İttifaqda çalışıram. Çox təəssüf ki, həmin ab-hava yoxdur. Cəfər Cabbarlı adına Kinostudiyada 1200 adam çalışırdı. İndi 30-35 adam işləyir. Gedirsən, yiyəsiz qəbirstanlığa oxşayır, ürəyim xarab olur. Çünki 17 yaşıma qədər ata evində böyümüşəm, sonra universitetə qəbul olunmuşam, 50 ilə qədər ömrümü kinoda keçirmişəm. Çalışırıq ki, kinostudiya işə düşsün, yeni filmlər çəkilsin. Hələ ki, əlləşirik”.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















