Art
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirildi - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında mədəniyyət günləri çərçivəsində təntənəli qala konsert təşkil olunub.
Konserti Azərbaycanın və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli, Matlubaxon Sattoriyen, ölkəmizin Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov, eləcə də Düşənbədəki diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Əvvəlcə nazirlər Adil Kərimli və Matlubaxon Sattoriyen səhnəyə dəvət olunublar. Hər iki nazir çıxışında mədəniyyətin iki xalq arasında etibarlı körpü olduğunu qeyd edib, mədəni əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçılarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin bütün istiqamətlərdə əlaqələrin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Sonra konsert proqramı başlanıb. Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) “Nağaralarla rəqs” ilə tamaşaçıların diqqətini səhnəyə bağlayıb. Ansambl daha sonra Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası mövzularına “Fantaziya", “Qaytağı”, "Uzundərə" və "Ağ çiçəyim" rəqslərini böyük məharətlə ifa edib.
Xalq artistləri Gülnaz İsmayılova Tofiq Quliyevin “Bakı”, Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artistlər Səbuhi İbayev Xan Şuşinskinin “Şuşanın dağları", Aqşin Abdullayev Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərlərini ifa ediblər.
Fəqan Ələsgərov (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Mircavid Cəfərov (tarzən) isə Həsən Rzayevin “Çahargah" rapsodiyası”nı səsləndiriblər.
“Dərviş” qrupu Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” və Ələkbər Tağıyevin “Qal sənə qurban” mahnılarını təqdim edib.
Təntənəli gecədə tacik musiqilərinə də yer verilib.
Xalq artisti Gülyaz Məmmədova "Şodu, şodu, şodam”, Əməkdar artist Lalə Məmmədova “Şirin dilbər”, Aşıq Samirə və Aşıq Əli (duet) “Bir gözələ aşıq oldum” və “Yorat manam” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.
Qala konsert Əməkdar artist Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı ilə başa çatıb. Bütün ifalar tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçılarla görüşüb, uğurlu ifa münasibətilə təbriklərini çatdırıblar. Konsert proqramı tamaşaçılara unudulmaz sənət zövqü yaşadıb.
Tacikistanda mədəniyyətimizin təntənəsi davam edir.
-
İdman15:53Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
MDB15:10Boğulan üç uşağı xilas etsə də, özü çayda batdı
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO
-
MDB12:55Medvedev: "Qərbin Ermənistandakı seçkilərə müdaxiləsi görünməmiş həddə çatdı"










.jpg)


























.jpg)