Art
Ərini öldürən aktrisa vəfat etdi - FOTO
Məşhur braziliyalı aktrisa Dorinya Duval 97 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, önun ölümünü sosial mediada qızı Karla Daniel elan edib.
"Ağrı, həm də rahatlıqdır. Əlvida, ana və nənə, insanlara sevinc bəxş etdin. Mən səni sevirəm", - Daniel yazıb.
Duval Braziliyada "Daş Cəngəllik", "Aşiq" və "Şirin Dostum" kimi məşhur telenovelalardakı rolları sayəsində geniş populyarlıq qazanıb. O, karyerası ərzində bir çox layihələrdə rol alıb, tamaşaçıların sevimlisinə çevrilib.
Aktrisa üç dəfə evlənib. Onun ilk həyat yoldaşları məşhur rejissorlar olub, onlardan biri isə onun çəkildiyi serialların əksəriyyətində çalışıb. Üçüncü evliliyi özündən 16 yaş kiçik olan prodüser və rejissor Paulo Serxio Qarsiya Alkantara ilə olub. Münasibətlərinin əvvəlində kişi işsiz olub və Dorinya karyerasında ona kömək edib. Ancaq evlilik son dərəcə gərgin olub: Alkantara müntəzəm olaraq həyat yoldaşını alçaldıb. Onların mübahisələrindən birində Duval qəzəbindən ərini güllələyib və buna görə 18 il həbs cəzası alıb.
Azadlığa çıxandan sonra aktrisa karyerasına qayıtmayıb.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























