Fransa BMT-nin fövqəladə iclasının çağırılmasını tələb edir
Bizi izləyin

Avropa

Fransa BMT-nin fövqəladə iclasının çağırılmasını tələb edir

Fransa Şərqi Qutada kimyəvi silahın tətbiqini qəti şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, kimyəvi silahın tətbiqi hərbi cinayət və beynəlxalq rejimin pozulmasıdır.

Xatırladaq ki, Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində 80 nəfər ölüb. Onların arasında dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm