"Bu, vaxt məsələsidir" - Hitlerin tankeri regionu FƏLAKƏTƏ APARACAQ
Bizi izləyin

Avropa

"Bu, vaxt məsələsidir" - Hitlerin tankeri regionu FƏLAKƏTƏ APARACAQ

Batmış alman tankerindən yanacağın tökülməsi ilə əlaqədar Polşanı ekoloji qəza hədələyir.

Publika.az xəbər verir ki, bu haqda Kalininqraddakı Polşa mədəni mərkəzinin saytında bildirilir.

Alimlər Qdansk körfəzində İkinci dünya müharibəsi illərində batırılmış “Franken” gəmisinin bünövrəsini öyrəniblər. Gəminin korpusunun əvvəlki qalınlığı 12 millimetrə qədər olub, ancaq pas artıq təxminən 7 millimetri “yeyib”.

“Polad pasa çevrilir. Gəminin korpusu dağılacaq, bu, vaxt məsələsidir”, - xəbərdə deyilir.

Tankerdə 1,5 milyon litrlik yanacaq var. Tədqiqatçıların qiymətləndirmələrinə görə, korpusun dağılması nəticəsində çirklənmədən xüsusi halda, Qdansk körfəzi və Baltikyanı ölkələrin limanlarındəki çimərliklər zərər çəkə bilər. Təbiətə ciddi zərərdən başqa, ekoloji qəza bu ərazilərdə bir neçə il ərzində turizm fəaliyyətinin dayanmasına gətirib çıxaracaq və ağır iqtisadi nəticələrə gətirib çıxaracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm