Qadın sərnişin Münhen aeroportunun işini iflic etdi
Bizi izləyin

Avropa

Qadın sərnişin Münhen aeroportunun işini iflic etdi

Münhen aeroportunda sərnişinlə bağlı yaranan problemə görə terminallardan biri bağlanıb.

Publika.az xəbər verir ki, bu haqda “Sueddeutsche Zeitung” nəşri bildirib.

Nəticədə 800 reysdən təxminən 330 reys təxirə salınıb.

Məlumata görə, qadın sərnişin lazımı yoxlamadan keçmədən aeroportun təhlükəsizlik zonasına daxil olub. Bununla əlaqədar aeroportun əməkdaşları polis çağırıblar. Nəticədə, aeroportun terminallarından birinin təxliyyəsi haqqında qərar qəbul edilib.

Nəşrin məlumatına görə, 32 mindən çox sərnişin öz planlarını dəyişdirməli oldu.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm