Avropa
Rusiyanı ŞOK edən xəbər: NATO-ya YOL AÇILDI
Makedoniyanın adının dəyişdirilməsi haqqında referendumda səs verənlərin əksəriyyəti Yunanıstanla müvafiq razılaşmaya və ölkənin NATO ilə Avropa İttifaqına girişi dəstəklədi.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda referendumun nəticələrini şərh edən ölkənin baş nazir Zoran Zayev bildirib.
“Bu gün (dünən – red.) referendumda 650 mindən çox vətəndaş səs verdi. Onlardan 90 faizindən çoxu hesab edirlər ki, Makedoniya Respublikası Yunanıstanla müqaviləni qəbul etməli, NATO və Avropa İttifaqının üzvü olmalıdır”, - hökumət başçısı qeyd edib.
O əlavə edib ki, ən yaxın həftələrdə parlamentdə Afina ilə müqavilə üzrə konstitusiya dəyişikliklərinin qəbulu üçün deputatların üçdə ikisindən çoxunun səsini toplamağa çalışacaq. Onun sözlərinə görə, əks təqdirdə ölkəni növbədənkənar parlament seçkiləri gözləyir.
Xatırladaq ki, Yunanıstan ilə iyunun 17-də bağlanan müqavilə iki ölkə arasındakı çoxillik mübahisəni həll edir və Skopyenin NATO və Avropa İttifaqına yolunu açır. Həmin müqaviləyə əsasən Makedoniyanın adı bundan sonra “Şimali Makedoniya” olmalıdır. Afina Makedoniya adının şimal əyalətinə aid olduğunu təkid edir və bildirirdi ki, bu addan istifadə Skopyenin Yunanıstan əyalətinə iddiasını əks etdirir.
Referendumu boykot edən bir sıra müxalifət qüvvələri Rusiyapərəstdirlər. Rusiya NATO-nun genişlənməsinə qarşıdır. O cümlədən müxalifət partiyalarını təmsil edən ölkə prezidenti Georgi İvanov da Yunanıstanla imzalanan müqaviləyə qarşı çıxır.
Afina ilə müqavilə üzrə konstitusiya dəyişikliklərinin qəbulu üçün parlamentinin 120 deputatından ən azı 81-nin səsi lazım olacaq. Hakim koalisiya isə 69 mandata malikdir.
Ömər
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq