Baş nazirin təklifi etirazla qarşılandı
Bizi izləyin

Avropa

Baş nazirin təklifi etirazla qarşılandı

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqının Zirvə görüşündə “Brexit”dən sonrakı keçid dövrünü bir neçə ay uzatmağı təklif edib.

Publika.az xəbər verir ki, Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən görüşdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsi müzakirə olunub.

Avropa İttifaqının məlumatına görə, əgər tərəflər razılığa gəlsələr, təklif qəbul oluna bilər.

Bu qərar “Brexit”in bəzi tərəfdarlarını qəzəbləndirib. İrlandiyanın Baş naziri Leo Varadkar söyləyib ki, müzakirələr zamanı bir çox mövzuda razılığa gəlinsə də, Şimali İrlandiya ilə İrlandiya arasındakı sərhəd məsələsində hələ də boşluqlar var.

Qeyd edək ki, ötən ay Zaltsburqda keçirilən toplantıda heç bir razılıq əldə edilməmişdi və bu, Böyük Britaniya cəmiyyətində narahatçılığa səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm