Afinada polislə tələbələr arasında qarşıdurma: 22 nəfər saxlanıldı - VİDEO
Bizi izləyin

Avropa

Afinada polislə tələbələr arasında qarşıdurma: 22 nəfər saxlanıldı - VİDEO

Dünən Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər.

Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu şəhərlərində baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və molotov kokteyli atıb, polis isə sis bombalarından istifadə edib.

Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

Qeyd edək ki, hər il noyabrın 17-də Yunanıstanda tələbələr 1973-cü ildə diktator Georgios Papadopoulos rejiminə müqavimət göstərmiş tələbələri yad edirlər. Lakin tələbələrin dinc nümayişinin qarşısı həmişə polis tərəfindən sərt şəkildə alınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm