Fransada VƏZİYYƏT GƏRGİNLƏŞDİ: 220-dən çox saxlanılan, 65 yaralı var - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Fransada VƏZİYYƏT GƏRGİNLƏŞDİ: 220-dən çox saxlanılan, 65 yaralı var - VİDEO - (YENİLƏNDİ)

Fransa polisi etirazçılara qarşı bibər qazından və su şırnaqlarından istifadə edib.

Publika.az xəbər verir ki, etiraz aksiyası zamanı 224 nəfər saxlanılıb, 11-i polis olmaqla, 65 nəfər yaralanıb.

***

Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.

Publika.az xəbər veir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib.

Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

***

Fransa polisi Zəfər Tağının qarşısında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara qarşı dəfələrlə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dekabrın 1-də səhər saatlarından başlayaraq benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jiletlilər” Parisin mərkəzində toplaşmağa başlayıblar. Aksiyanı dağıtmağa çalışan polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Bəzi fəallar özləri ilə qoruyucu maskalar və əleyhqazlar gətirib. İndiyədək 100-dək etirazçının saxlandığı bildirilir.

“Sarı jilet”lər hərəkatı artıq üçüncü şənbə günüdür ki, Paris küçələrində mitinq təşkil edir. Fransanın digər ərazilərində də miqyaslı aksiyalar keçirilir. Paytaxtda iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları nəticəsində şəhərə xeyli zərər dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm