Xanımlara görə Xarici İşlər Nazirliyi CƏRİMƏLƏNDİ
Bizi izləyin

Avropa

Xanımlara görə Xarici İşlər Nazirliyi CƏRİMƏLƏNDİ

Fransanın Xarici İşlər Nazirliyi hökumət tərəfindən 450 min avro məbləğində cərimələnib.

Publika.az “Le Monde”yə istinadən xəbər verir ki, buna 2017-ci ildə qurumun mühüm vəzifələrində xanım əməkdaşların az olması səbəb olub.

Həmin il Nazirlikdə xanım əməkdaşlar cəmi 29 faiz təşkil edib. Lakin növbəti il - 2018-ci ildə vəziyyət nisbətən düzəlib və bu rəqəm 39 faizə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm