Brüssel Londona oktyabrın sonuna kimi vaxt verdi
Bizi izləyin

Avropa

Brüssel Londona oktyabrın sonuna kimi vaxt verdi

Avropa İttifaqının 27 ölkəsinin liderləri “Brexit”in təxirə salınmasına razılıq verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının sədri Donald Tusk bildirib.

"27 Avropa İttifaqı ölkəsi 50 maddənin uzadılmasına razılıq verdi. İndi İngiltərə hökumətinin razılığını almaq üçün baş nazir Tereza Mey ilə görüşməyi planlaşdırıram" - Tusk tvitterdə yazıb.

Daha əvvəl Böyük Britaniya parlamentinin İcmalar Palatası “Brexit”in 12 apreldən 30 iyun tarixinə keçirilməsi ilə bağlı baş nazir Tereza Meyin planını bəyənib. Mey Avropa İttifaqından “Brexit”in 30 iyuna keçirilməsini xahiş etmişdi.

Tuskun sözlərinə görə, Avropa İttifaqı ölkələri hesablayır ki, “Brexit” prosesi oktyabrın sonuna kimi qurtaracaq.

“Avropa İttifaqı ölkələri Londondan final qərarını gözləyirlər, amma başqa ssenariləri də istisna etmək olmaq”, - o bildirib.

Jurnalistlərə açıqlamasında Fransa prezidenti Emmanuel Makron isə deyib ki, Britaniya “Brexit”dən imtina edə bilər. Prezidentin sözlərinə görə, 31 oktyabra qədər 3 variant mümkündür. Birinci variant, Makron hesab edir ki, Britaniya parlamentinin “Brexit” razılaşmasını ratifikasiya etməsidir.

“Belə olan halda, onlar hətta 23 maya qədər prosesi sürətləndirib avroparlament seçkilərində iştirak etməyə bilərlər. İkinci variant “Brexit”dən tamamilə imtina, üçüncü variant isə müqaviləsiz “Brexit”dir”, - Fransa lideri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm