Kralın qızı Fransada həbs olundu - ŞOK SƏBƏB
Bizi izləyin

Avropa

Kralın qızı Fransada həbs olundu - ŞOK SƏBƏB

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin qızı Hüssə ibn Salman həbs olunub.

Publika.az xəbər verir ki, şahzadənin Fransadakı evində işləyən santexnikə fiziki zorakılıq tətbiq edildiyi üçün onun barəsində 10 aylıq həbs qərarı çıxarılıb. Əlavə olaraq, 10 min avro cərimə kəsilib.

Belə ki, santexnik mobil telefonu ilə gizli şəkildə şahzadənin fotosunu çəkməyə çalışıb. Lakin şahzadənin mühafizəçisi bunun qarşısını alıb.

Paris Ağır Cinayətlər Məhkəməsi olayda 42 yaşlı şahzadəni günahkar hesab edib. Şahzadənin mühafizəçisi isə 8 ay təcili həbs və 5 min avro cəzaya məhkum edilib.

Hüssə ibn Salmanın vəkilləri appeliyasiya məhkəməsinə gedəcəklərini açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm