Avropa
Kreml Putinlə Makronun telefon danışığının detallarını açıqladı
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron ilə telefon söhbətində oktyabrın 22-də Soçidə keçirilmiş Rusiya-Türkiyə danışıqları barədə ətraflı məlumat verib.
Publika.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Söhbət zamanı görüşdə qəbul edilmiş memorandumda əksini tapan və Suriya münaqişəsinin bütün tərəflərinin maraqlarının nəzərə alındığı qərarların Suriyanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına kömək edəcəyi bildirilib.
Emmanuel Makron Rusiya və Türkiyə arasında əldə edilmiş razılığı yüksək qiymətləndirib. Rusiya və Fransa prezidentləri Soçi memorandumunun Suriya böhranının nizama salınmasına təkan verəcəyini vurğulayıb, Suriya Konstitusiya Komitəsinin oktyabrın 30-da Cenevrədə keçiriləcək birinci iclasının öz bəhrəsini verəcəyinə ümid ifadə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?