Çavuşoğlu: Makron terrorçu dövləti yaratmaq istəyirdi
Bizi izləyin

Avropa

Çavuşoğlu: Makron terrorçu dövləti yaratmaq istəyirdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronu terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Publika.az-ın məlumatına görə, bundan əvvəl E.Makron Türkiyəni Suriyanın şimalındakı əməliyyatlarda dəstəkləməyəcəyini bildirmişdi.

Nazir E.Makronun terrorçu dövlət yaratmaq istədiyini bəyan edib:

“Amma bizim keçirdiyimiz “Barış pınarı” əməliyyatı buna mane oldu və onu məyus etdi. O, özü də nə dediyini bilmir”.

M.Çavuşoğlu əlavə edib ki, E.Makron NATO müttəfiqlərinin yanında durmalıdır, onlara qarşı olmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm