Daha bir ölkədə prezident qadın oldu
Bizi izləyin

Avropa

Daha bir ölkədə prezident qadın oldu

Yunanıstanda yeni prezident seçilib.

Publika.az xəbər verir ki, Katerina Sakelaropulu parlamentdə 261 səs toplayaraq ölkənin ilk qadın dövlət başçısı olub.

Onu Yeni Demokratiya, Siriza və Kinal Partiyaları dəstəkləyib.

Qeyd edək ki, Sakelaropulu 2018-ci ildən etibarən Dövlət Şurasının başçısı vəzifəsində çalışıb. 64 yaşlı prezident ətraf mühit, etnik qruplar və qanunsuz miqrantlar, vətəndaş azadlıqları kimi mövzularda həssaslığı illə tanınır.

Xatırladaq ki, Yunanıstanda qısa müddət əvvəl konsitutsiyaya dəyişiklik olunub. Buna əsasən, prezidentin seçilməsi 300 mandatlı parlamentdə baş tutur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm