Prezidentə DƏHŞƏTLİ XƏBƏRDARLIQ verildi - 500 min insan öləcək
Bizi izləyin

Avropa

Prezidentə DƏHŞƏTLİ XƏBƏRDARLIQ verildi - 500 min insan öləcək

Fransada koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilməsə, 300-500 min insan öləcək.

Publika.az xəbər verir ki, bu bilgilərin yer aldığı hesabat Prezident Emmanuel Makrona təqdim olunub.

“Le Monde” qəzetinin xəbərinə görə, ötən həftə epidemiyaya görə ölkədəki bütün tədris müəssisələrinin bağlanmasından əvvəl sənəd prezidentin önünə qoyulub. Buna görə də Makron tədrisin dayandırılması təlimatını verib.

Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə koronavirus səbəbilə 127 nəfərin dünyasını dəyişdiyi, 5 min 423 nəfərin xəstələndiyi bildirilir. Həmiçinin epidemiya ilə mübarizə çərçivəsində son 5 ildə təqaüdə göndərilən bütün həkim və tibb bacılarının vəzifəyə çağırıldığı vurğulanıb.

Fransa mətbuatında yer alan xəbərlərdə epidemiyanın ölkədə yayılmasının qarşısını almaq üçün sərbəst hərəkətə məhdudiyyət qoyulacağı qeyd olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm