İtaliyada yoluxma halları yenidən artıb
Bizi izləyin

Avropa

İtaliyada yoluxma halları yenidən artıb

İtaliyada koronavirusa yoluxanların sayı ötən sutka ərzində ciddi şəkildə artıb və səhiyyə qurumlarının narahatlığına səbəb olub. Ötən sutka ərzində ölkə üzrə yoluxma hallarının sayı 947-yə çatıb, öncəki gün isə 845 olub. İtaliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkə üzrə yoluxma halları may ayının ortalarından bəri ən yuxarı həddə çatıb.

Publika.az xəbər verir ki, SARS-CoV-2 virusu ilə əlaqədar ötən gün bu ölkədə doqquz nəfər ölüb. Bununla da fevralın 20-dən bəri koronavirusla əlaqədar İtaliyada ölənlərin sayı 35 min 427 nəfərə çatıb.

İtaliyada aktiv koronavirus daşıyıcılarının sayı hazırda 16 min 678 nəfərdir. Onlardan 919 nəfər xəstəxana şəraitində müalicə alır, digərləri isə ev karantinindədir.

Yoluxma halları ən çox Lombardiya (154), Venesiya (159) və paytaxt Romanın da daxil olduğu Latsio (115) regionlarında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm