Merkel: Bunun öhdəsindən gələ bilmərik
Bizi izləyin

Avropa

Merkel: Bunun öhdəsindən gələ bilmərik

“Artan yoluxma sayı məni narahat edir. Bunu dayandırmalıyıq. Nəzarət olunmayan artımın meydana gəlməsinin qarşısını almalıyıq. Onsuz da, zirvədəyik və pandemiyanın bu mərhələsi ciddidir”.

Publika.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel 16 əyalətin idarəçiləri ilə 8 saatlıq toplantıdan sonrakı çıxışında deyib.

Kansler bildirib ki, pandemiyanın ikinci dalğası həm səhiyyə sistemi, həm də iqtisadiyyata ciddi zərbə vuracaq.

COVID-19 səbəbilə Almaniyanın 250 milyard avro borc götürməli olduğunu bildirən hökumət başçısı məhz bu səbəbdən səhiyyə ilə yanaşı iqtisadiyyatlarının da ikinci dalğanın öhdəsindən gələ bilməyəcəyini qeyd edib.

O, əyalət başçılarından narazılığını dilə gətirərək pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlərin onu məmnun etmədiyini bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm