İngiltərə və Fransa qanunsuz miqrasiya ilə mübarizədə birləşdi
Bizi izləyin

Avropa

İngiltərə və Fransa qanunsuz miqrasiya ilə mübarizədə birləşdi

İngiltərə və Fransa La-Manş yolu ilə davam edən qanunsuz miqrasiyanı dayandırmaq üçün yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, İngiltərənin DİN rəhbəri Priti Patel və fransız həmkarı Jerald Darmanin arasında imzalanan müqavilə çərçivəsində Fransa sahillərində patrulda olan zabit sayının ikiqat artırılacağı və qanunsuz keçidlərin qarşısını almaq üçün yeni avadanlıqlardan istifadə ediləcəyi bildirilib.

P.Patel razılaşmanın iki ölkənin La-Manşdan qanunsuz keçidlərin mümkünsüz hala gətirilməsi səylərində daha bir addım olduğunu vurğulayıb.

İngiltərəli nazir fransız səlahiyyətlilərin bu il 5 min sığınacaq axtaran şəxsin İngiltərəyə keçməsinin qarşısını aldığını və ölkənin son on ildə qanunsuz miqrasiya ilə mübarizə üçün Fransaya 150 milyon funt sterlinq vəsait ayırdığını qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm