Paris küçələrində qarşıdurma - 142 nəfər saxlanıldı
Bizi izləyin

Avropa

Paris küçələrində qarşıdurma - 142 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan qrupun keçirdiyi etiraz aksiyalarında saxlanılan nümayişçilərin sayı 142 nəfər çatıb.

Publika.az xəbər verir ki, bu barədə Fransa Darici İşlər naziri Cerald Darmanin məlumat yayıb.

Bir aydır davam edən nümayişlərdə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşma yaşanır.

Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edir.

24-cü maddədə əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm