Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir
Bizi izləyin

Avropa

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir

Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında məlumat yayıb.

Publika.az "RİA Novost"yə istinadla xəbər verir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarların keçidi və birinci terminalı qismən bağlanıb.

Sərnişinlər aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırılır. Polis əməliyyatın sahibsiz yükün aşkar edilməsi ilə əlaqədar olduğunu bildirib. Yükə baxış keçirilib və onun təhlükəsiz olması aşkarlanıb.

Öz növbəsində yerli mətbuat hadisə ilə bağlı iki nəfərin saxlanıldığını, üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm