Üç lider arasında görüş keçirildi
Bizi izləyin

Avropa

Üç lider arasında görüş keçirildi

Rusiya prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş keçirilib.

Publika.az "TASS"a istinadla xəbər verir ki, üçtərəfli danışıqlar zamanı rusiyalı müxalifətçi Aleksey Navalnının işi üzrə mövcud vəziyyət və Ukraynanın Donbas vilayətindəki son hadisələr müzakirə olunub.

Həmçinin görüşdə Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Avropa İttifaqı ölkələrində tətbiqi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm