Conson Hindistan variantının mənfi təsirindən DANIŞDI
Bizi izləyin

Avropa

Conson Hindistan variantının mənfi təsirindən DANIŞDI

Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistan variantının normallaşma prosesinə mənfi təsir göstərəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, baş həkim, professor Kris Vitti ilə mətbuat konfransı keçirən Conson, sözügedən variantın 21 iyun tarixində normallaşma müddətinin dördüncü və son mərhələsinə keçməyi çətinləşdirə biləcəyini bildirib.

Dördüncü mərhələyə keçməyin mümkün olmadığını vurğulayan Conson, fasilə və ya gecikmə ola biləcəyini söyləyib.

Krallıqda koronavirusa görə tətbiq olunan karantin rejimi 4 mərhələli plana əsasən sona çatır. 1-ci mərhələ 8 martdan etibarən başlayıb və təhsil müəssisələrində dərslər başlayıb. 2-ci mərhələ aprel ayının 12-dən başlayıb və bütün ticarət mərkəzləri, mağazalar fəaliyyətə başlayıb. 3-cü mərhələ may ayının 17-dən başlayacaq və restoran, kafe, klub, kinoteatr və otellərin fəaliyyəti bərpa olunacaq. 4-cü mərhələ isə iyunun 21-dən tətbiq olunacaq və bu tarixdən etibarən 30 nəfərin görüşməsinə icazə veriləcək və virusa görə tətbiq olunan bütün yasaqlar aradan qaldırılacaq.

Qeyd edək ki, Xalq Sağlamlıq Mərkəzi keçən həftə aşkarlanan Hindistan variantına yoluxanların sayının artaraq 313 minə çatdığını elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm