Azərbaycanlı professor VƏFAT ETDİ - FOTO
Bizi izləyin

Avropa

Azərbaycanlı professor VƏFAT ETDİ - FOTO

M.Qorki adına Donetsk Milli Tibb Universitetinin Ümumi cərahiyyə kafedrasının professoru, tibb elmləri doktoru Fərman Gülməmmədov vəfat edib.

Publika.az xəbər verir ki, Ukraynanın əməkdar elm xadimi mayın 31-də 82 yaşında dünyasını dəyişib.

F.Gülməmmədov 1939-cu il noyabrın 7-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub, 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb.

F.Gülməmmədov 1991-1994-cü illərdə Bakıda fəaliyyət göstərib, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

2002-ci ilin oktyabrında o, Ukraynanın əməkdar elm və texnika xadimi fəxri adına layiq görülüb, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki seçilib.

Azərbaycanlı həkimin 2012-ci ildən etibarən çalışdığı M.Qorki adına Donetsk Milli Tibb Universiteti professorun vəfatı ilə bağlı başsağlığı yayıb. Bildirilib ki, elmə hədsiz sadiq, tələbkar və prinsipial rəhbər, xəstələrə daim diqqətli olan Fərman İbrahim oğlu onu sevən dostlar, həmkarlar və minnətdar pasiyentlərin xatirəsində həmişə yaşayacaq.

“Professor-müəllim heyəti, tələbələr və əməkdaşlar onun ailəsinə, doğma və yaxınlarına səmimi qəlbdən başsağlığı verir. Yeri doldurulmaz itkinin ağrı-acısını bölüşürük”, - başsağlığında deyilir./Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm