Avropa
Latviyada da vaksinasiya məcburi olacaq
Avqustun 2-də Latviya Seymi “COVID-19 infeksiyasının yayılmasının idarə edilməsi haqqında” Qanuna hökumətin etdiyi düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə növbədənkənar iclas keçirəcək.
Publika.az Latviya mətbuatına istinadla xəbər verir ki, ölkənin Nazirlər Kabineti səhiyyə, təhsil və sosial qayğı sahələrində çalışan işçilərin məcburi vaksinasiyasını nəzərdə tutan düzəlişləri təsdiqləyib.
Bildirilib ki, oktyabr ayının 1-dən etibarən işəgötürən şəxslər vaksinasiyadan imtina edən işçiləri işdən çıxarmaq hüququna sahib olacaqlar.
Nazirlər Kabineti qanuna düzəlişlər edərək Seymin qanun layihəsini iki oxunuşda nəzərdən keçirməli olduğunu qeyd edib. Bildirilib ki, qanun layihəsi qüvvəyə minməsi üçün Seym tərəfindən təsdiq edilməli, daha sonra isə ölkə prezidenti tərəfindən elan edilməlidir.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?