Bolqarıstanda meşə yanğınları şiddətləndi - ÖLƏNLƏR VAR
Bizi izləyin

Avropa

Bolqarıstanda meşə yanğınları şiddətləndi - ÖLƏNLƏR VAR

Bolqarıstanda baş verən yanğınlarla mübarizədə meşə təsərrüfatı idarəsinin iki əməkdaşı həlak olub, biri isə xəsarət alıb.

Publika.az ölkənin Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, Sandanski bölgəsində insan tələfatına səbəb olan daha bir yanğın baş verib. Staroselski rayonunda dörd ev yanıb. Yanğınsöndürənlərə yardım etmək üçün orduya məxsus helikopter əraziyə cəlb olunub.

Ölkənin mərkəzindəki Karlovo bölgəsindəki Stara Planina dağ silsiləsinin ətəyində böyük yanğın bir helikopter, hərbi texnika və yanğınsöndürmə dəstələrinin birgə fəaliyyəti nəticəsində söndürülüb. Yanğın qərbdəki Küstend bölgəsindəki bir kəndə çatdıqdan sonra ən azı altı ev və bir məktəb tamamilə yanıb.

Keçən həftə Bolqarıstan ərazisinə isti hava axını daxil olub. Bununla əlaqədar bazar ertəsi günü hava proqnozu xidməti ölkənin əksər hissəsində təhlükənin daha da ciddiləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm