Avropa
Gürcüstanla bağlı QƏTNAMƏ - ATƏT Rusiyanı qınadı
ATƏT Parlament Assambleyası Rusiyanın Gürcüstanda işğal etdiyi ərazilərə aid olan qətnamə qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə qətnamə Böyük Britaniyanın Birmingem şəhərində keçirilən illik sessiyanın sonunda qəbul edilib.
Qətnamədə Rusiya Federasiyası ilə Gürcüstan arasında 2008-ci ildən bəri həll olunmamış münaqişədən dərin kədər ifadə olunur və Rusiya Federasiyasının Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs sazişinin icrası, habelə Avropa İnsan Haqları Məhkəməsinın 2021-ci ilin yanvarında çıxardığı qərar da daxil olmaqla, bütün qərarlarının tam şəkildə yerinə yetirməsinin vacibliyi vurğulanır.
Qətnamədə həmçinin, Rusiya Federasiyası Gürcüstanın Abxaziya və Sxinvali ərazilərinin işğalını dayandırmağa və Cenevrə beynəlxalq danışıqlarında konstruktiv iştirak etməyə çağırılıb.
Sənəddə həmçinin, Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Sxinvali bölgəsində humanitar və insan haqlarının vəziyyətinin pisləşməsi də qınanılıb və işğal olunmuş ərazilərdə yaşayan insanların hüquqlarının pozulduğu, müxtəlif formada etnik ayrı-seçkiliyin olduğu, gürcü mədəni irsi abidələrinin və gürcü xüsusiyyətlərinin dağıdıldığı qeyd edilib.
Tural Turan
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO