Avropa
NATO-nun döyüşə hazır gəmiləri bu ölkəyə DAXİL OLDU

NATO-nun 1-ci Dəniz Qrupunun (SNMG1 – Daimi NATO Dəniz Qrupu 1) gəmiləri bazar ertəsi Estoniyanın Tallin və Muuqa limanına gəlib.
Publika.az xəbər verir ki, bu barədə ERR milli yayımı məlumat yayıb.
"Bu, birliyin gəmilərinin il ərzindəikinci səfəridir. Bu, regionda Alyansın mövcudluğuna dəlalət edir. Bu cür səfərlər əməkdaşlığın genişlənməsinə töhfə verir. Bundan əlavə, qonaqlar yerli su ərazisinin şəraiti və xüsusiyyətləri ilə tanış ola biləcəklər, - Estoniya Hərbi Dəniz Qüvvələri komandanının müavini, kapitan Yohan-Elias Seljamaa vurğulayıb.
İlk iki gəmi, Hollandiya Hərbi Dəniz Qüvvələrinin HNLMS Karel Doorman (həmçinin SNMG1-in flaqmanı) və Portuqaliya freqatı NRP Corte-Real bu səhər Tallinin Köhnə Limanındakı (Vanasadam) rıhtım divarında dayanıb. Üçüncü gəmi, Britaniya tankeri RFA Tidesurge Muuqa limanına (Tallindən 10 km şərqdə) gəlib.
Qrup komandiri komandir Jeanette Morang və gəmi kapitanları Estoniya Müdafiə Qüvvələri komandanının müavini general-mayor Veiko-Vello Palm və Estoniya Müdafiə Nazirliyinin müdafiə planlaması üzrə vitse-kansleri Tijna Uudeberq ilə görüş keçiriblər.
Estoniyada gəmilər ehtiyatlarını doldura və gələcək vəzifələrə hazırlaşa biləcəklər. SNMG1 gəmiləri sonuncu dəfə bu ilin aprelində Estoniyaya səfər edib. Həmin səfər zamanı Müttəfiq dənizçilər Estoniya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə birgə təlimlər keçiriblər.
NATO-nun daimi hərbi dəniz qrupları yüksək hazırlıqlı əməliyyat bölmələridir. Onların həm sülh, həm də müharibə dövründə əməliyyatlar aparmaq imkanı var.
Hüseyn İbadlı

-
Magazin209:12
Cennifer Lopez çəkiliş meydançasında son anda ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
İdman08:49
Baş məşqçisi Ronaldodan danışdı: "Problem yaradacaq..."
-
Ekologiya07:17
Bu gündən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yaxın Şərq06:46
İsraildə ölüm hökmünün tətbiqi təklif edildi
-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı
-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...