Britaniyanın "qorxulu gün" üçün planı: Rusiyadan atılacaq nüvə silahını...
Bizi izləyin

Avropa

Britaniyanın "qorxulu gün" üçün planı: Rusiyadan atılacaq nüvə silahını...

Böyük Britaniyada Rusiya Federasiyasının nüvə silahlarını məhv etmək üçün nəzərdə tutulan 3,2 min km-lik uzaqmənzilli raketlərin yaradılması məsələsi müzakirə olunur.

Publika.az xəbər verir ki, bu haqda Britaniyanın "TimesÜ nəşri diplomatik dairələrdəki mənbəyə istinadən yazıb.

Nəşrin qeyd etdiyi kimi, “Britaniya Rusiyadan atılan nüvə silahlarını məhv edə bilən uzaqmənzilli raketlərin yaradılması imkanını nəzərdən keçirir”.

Qəzetin mənbəsinin sözlərinə görə, ola bilsin ki, bu raketlər Böyük Britaniya və Almaniya tərəfindən birgə hazırlansın və Almaniya ərazisində də yerləşdirilsin.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Healey Berlinə səfəri zamanı uzaqmənzilli raketlərin yaradılmasını müzakirə edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm