"Taxıl müharibəsi" - Fransa Rusiyaya belə uduzur
Bizi izləyin

Avropa

"Taxıl müharibəsi" - Fransa Rusiyaya belə uduzur

Ukraynanın ixracına qoyulan rüsumları aradan qaldırmaqla Avropa İttifaqı öz fermerlərinə zərbə vurub. Ukraynada Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Fransız kənd təsərrüfatı istehsalçılarından alınan taxılın qiyməti üçdə bir dəfə azalıb və eyni zamanda Fransa bu gün Rusiya taxılına üstünlük verən Afrika bazarının bir hissəsini itirib.

Publika.az xəbər verir ki, bu barədə “L'Humanite” qəzeti yazıb.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Kiyevə Avropaya buğda, arpa və qarğıdalının rüsumsuz idxalna imtiyazların verilməsi ilə Ukraynanın Avropa İttifaqına taxıl ixracı kəskin şəkildə 17 dəfə - ildə 351 min tondan altı milyon tona qədər artıb. Nəticədə, əgər 2022-ci ilin birinci yarısında fransız fermerləri üçün buğdanın qiyməti bir ton üçün 350-410 avro arasında dəyişirdisə, artıq həmin ilin iyulunda 200 avrodan aşağı düşüb.

Fransa Baş Buğda İstehsalçıları Assosiasiyasının rəhbəri Erik Tiruen bildirib ki, bu qiymət fransız fermerlərinin firavanlığına və ümumiyyətlə, ölkənin ərzaq suverenliyinə xələl gətirir.

Eyni zamanda, "L'Humanite" məqaləsində Fransanın Avropa İttifaqında buğda istehsalına görə lider olduğu, lakin Rusiya Federasiyasının üçüncü ölkə bazarlarını ondan almağa başladığı vurğulanır.

Belə ki, Fransanın kənd təsərrüfatı məhsullarının ixracının yarıdan çoxunu təşkil edən Əlcəzair, Mərakeş, Misir və digər Afrika ölkələrində bazarın bir hissəsi 2023-2024-cü illərdə Rusiya Federasiyasından qiymət baxımından daha rəqabətədavamlı və daha qidalı taxıl almağa keçib. Məqalə müəllifləri yazır ki, nəticədə Beşinci Respublikanın kənd təsərrüfatı istehsalçıları hazırda tədavül ehtiyatlarını artırır və aşağı qiymətləri saxlayırlar.

Güman edilir ki, 2025-ci ildə üçüncü ölkə bazarlarına Fransa buğdasının tədarük həcmi 2023-cü ilin məhsulu ilə müqayisədə 15% azala bilər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm