Avropa
Norveç Krallığından AÇIQLAMA: Qazın qiyməti AŞAĞI SALINMAYACAQ
“Norveç Krallığı enerji böhranına baxmayaraq, Avropa Birliyindəki qaz idxalçıları üçün təbii qazın qiymətini aşağı salmayacaq”.
Publika.az xəbər verir ki, bu barədə Krallığın energetika və neft naziri Terje Osland yerli “E24 Nringsliv” agentliyinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Norveçin kontinental şelfində fəaliyyət göstərən neft şirkətləri kommersiya əsasında fəaliyyət göstərirlər:
“Hökumət bu il müəssisələrə bazar qiymətindən aşağı müqavilələr tətbiq etməyəcək. Avropa İttifaqı 20 il əvvəl spot müqavilələrin xeyrinə uzunmüddətli müqavilələr praktikasından imtina edib”.
Xatırladaq ki, avqustun 18-də “Financial Times” özəl mənbələrinə istinadən verdiyi məlumatda Norveç qazını idxal edən Aİ şirkətlərinin rəhbərlərinin Oslo hökumətindən qaz ixracını aşağı qiymətə satışına razılıq verməsini xahiş etdiklərini yazıb.
Qeyd edək ki, Norveçin “Equinor” dövlət şirkəti qazın qiymətinin artması fonunda 2022-ci ildə xammal ixracından təxminən 100 milyard avro gəlir əldə etməyi planlaşdırdığını bəyan edib və bildirib ki, 2021-ci ildə bu mənfəət 30 milyard avro təşkil edib.
Son bir həftədir ki, Avropada qazın qiyməti artmaqda davam edir. Avqustun 25-də London birjasında sentyabr fyuçerslərinin spot qiyməti martın əvvəli ilə müqayisədə rekord həddə çatdı, yəni 1000 kubmetr qazın qiyməti hazırda 3300 dollardan təklif olunur.
Rövşən Ziya
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü
-
İKT17 Noyabr 20:50Azərbaycanda "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ
-
MDB17 Noyabr 20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj












.jpg)






















