Yunanıstan növbədənkənar seçkilərə gedir? - TƏFƏRRÜATLAR
Bizi izləyin

Avropa

Yunanıstan növbədənkənar seçkilərə gedir? - TƏFƏRRÜATLAR

"Yunanıstanın baş naziri Kiryakos Mitsotakis gələn ilin büdcəsi ilə bağlı müzakirələrdən əvvəl erkən seçkilərə gedə bilər".

Publika.az xəbər verir ki, bununla bağlı Yunanıstnın ana müxalifət partiyasının sədri, Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras fikirlərini bölüşüb:

"Onun səlahiyyət müddəti 2023-cü ilin iyulunda başa çatacaq. Bizdə olan məlumata görə, baş nazir növbədənkənar seçkilərin keçirilməsi üçün seçki qanununa düzəliş də hazırlayıb. Çünki onun siyasi nüfuzu bir xeyli aşağı düşüb. Onun "ayağında" telefon dinləmə qalmaqalı və ümumi iqtisadi böhran kimi ağır məsələlər var. Verdiyi də vədləri yerinə yetirməyib. Üstəlik, son ictimai sorğular da hazırkı baş nazirin reytinqinin aşağı düşdüyünü göstərir. Miçotakis bunları nəzərə alaraq büdcə müzakirəsindən əvvəl referenduma gedərək qalib gəlmək istəyir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm