Rusiya yox, bütün Avropa diz çökdü - Orban
Bizi izləyin

Avropa

Rusiya yox, bütün Avropa diz çökdü - Orban

“Anti-Rusiya məhdudiyyətləri Avropa İttifaqında xaos yaradıb, həm inflyasiya, həm də enerji çatışmazlığına səbəb olub”.

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Nazir xatırladıb ki, kollektiv Qərb Moskvaya qarşı 11 minə yaxın sanksiya tətbiq edib. Ancaq heç bir sanksiya paketi Rusiyanı diz çökdürməyib:

“Əksinə, effekt tam tərsinə olub: Avropa İttifaqının özü diz çökə bilər”.

Macarıstan Nazirlər Kabinetinin rəhbəri bir qədər əvvəl qeyd edib ki, Moskvaya qarşı iqtisadi tədbirlər Kremli heç də sarsıtmayıb - Avropa isə əksinə, dörd hökumət dəyişikliyindən sağ çıxıb və dərin iqtisadi sarsıntılar yaşayır.

“Global Times” isə hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar sirri aydınlaşdırdı: siyasi sarsıntı dünyaya göstərdi ki, ABŞ heç kimin fikri və əksər ölkələrin maraqları ilə hesablaşmaq fikrində deyil.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm