Avropa
Taxıl dəhlizindən neçə gəmi keçdi? - STATİSTİKA
Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün Türkiyənin səyləri ilə yaradılan “taxıl dəhlizi”ndən 105 gəmi keçib.
Publika.az xəbər verir ki, daşınan taxılın miqdarı 2 milyon 500 min tona yaxınlaşıb.
Avqustun 1-də taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanını tərk etdikdən sonra taxıl daşınması davam edir.
Dünən Ukrayna limanlarından yola düşən gəmilərin sayı 105-ə çatdığı halda, buğda, qarğıdalı, arpa kimi taxıl məhsullarının daşınması 2 milyon 500 min tona yaxınlaşıb.
Ukrayna limanlarından taxıl yükü ilə yola düşən gəmilərdən 39-nun təyin olunmuş limanlara çatması prosesi başa çatıb.
Bu gəmilərdən 21-i Türkiyə limanlarına, hər biri 4 gəmi olmaqla Misir və İtaliya limanlarına, 3 gəmi isə Rumıniya limanlarına yol alıb.
Digər gəmilər də İrlandiya, İngiltərə, Cibuti, Hollandiya, Yunanıstan, İsrail və İspaniya limanlarında lövbər salıb.
Xatırladaq ki, bu ilin iyulunda İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınması, eləcə də Rusiya ərzaq məhsullarının və gübrəsinin beynəlxalq bazarlara çıxarılmasına dair saziş imzalanıb.
Tural Turan
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi