AŞPA-nın 2022-ci il payız sessiyasının gündəliyi açıqlandı
Bizi izləyin

Avropa

AŞPA-nın 2022-ci il payız sessiyasının gündəliyi açıqlandı

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.

Publika.az xəbər verir ki, AŞPA payız sessiyasının gündəliyində Qərbi Balkan ölkələrinin Avropa perspektivləri, islamofobiya və ya müsəlmanlara qarşı rasizmlə mübarizə və peyvənd ayrı-seçkiliyi kimi məsələlər əks olunub.

İrlandiyanın Prezidenti Maykl Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis, Albaniyanın Baş naziri Edi Rama Assambleyada çıxış edəcək və parlamentarilərin suallarının cavablandıracaqlar. Həmçinin payız sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də parlamentarilərin suallarını cavablandıracaq.

İrlandiyanın Avropa məsələləri üzrə dövlət katibi Tomas Birn Avropa Şurasına İrlandiyanın sədrliyi çərçivəsində Nazirlər Komitəsinin kommunikasiyasını təqdim edəcək.

Payız sessiyasının gündəliyində siyasi motivli sanksiyalar tətbiq etmək üçün dövlətlərin Şengen informasiya sistemindən sui-istifadə etməsi, Brexit-in İrlandiya adasında insan hüquqları üçün nəticələri, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, deportasiya zamanı qeyri-qanuni miqrasiya idarəçiliyi tədbirləri, idmanda qadınlara qarşı ayrı-seçkilik, Rumıniya və Macarıstanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət edilməsi, eləcə də əmək hüquqlarının nəzərdən keçirilməsi haqqında məruzələr müzakirə olunacaq.

AŞPA sessiyasında “Avropa Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından altı ay sonra” və “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanlarından taxılın ixracı” kimi cari məsələlərlə bağlı debatlar aparılacaq.

Assambleya sessiyanın ilk günündə yekun gündəliyi təsdiqlənəcək. Payız sessiyası müddətində qurumun komitə iclasları keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm