Ukrayna ordusu Rusiyanın 4 təyyarəsini MƏHV ETDİ
Bizi izləyin

Avropa

Ukrayna ordusu Rusiyanın 4 təyyarəsini MƏHV ETDİ

Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus dörd təyyarəni məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, həmçinin dörd komanda məntəqəsi və rus işğalçılarının canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazini vurulub.

"Yerüstü qruplaşmaların hərəkətlərini dəstəkləmək üçün Müdafiə Qüvvələrinin aviasiyası 19 zərbə endirib. Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 14 məntəqənin və zenit-raket komplekslərinin 5 mövqeyinin məhv edildiyi təsdiqlənib", - məlumatda deyilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm