Rusiya səfərbərlik bəhanəsi ilə yerli xalqları məhv edir - Zelenski
Bizi izləyin

Avropa

Rusiya səfərbərlik bəhanəsi ilə yerli xalqları məhv edir - Zelenski

Rusiya rəhbərliyi onun nəzarətində olan ərazilərdə yaşayan yerli xalqları, xüsusən də dağıstanlıları və Krım tatarlarını bilərəkdən məhv edir, onları Ukraynaya qarşı müharibəyə zorla səfərbər edir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 25-də videomüraciətində bildirib.

"Biz həmçinin xüsusi vurğulayarıq ki, Rusiya cinayətkar səfərbərlikdən təkcə Ukraynada insanların əzabını uzatmaq və dünyanı daha da qeyri-sabitləşdirmək üçün deyil, həm də nəzarət edilən ərazilərdə yaşayan yerli xalqların nümayəndələrini – kişiləri fiziki məhv etmək üçün istifadə edir", - o deyib.

Prezidentin sözlərinə görə, işğal olunmuş Krımda fəlakətli vəziyyət müşahidə olunur, işğalçılar Krım tatarlarını müharibəyə göndərirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm