"İranın kamikadze PUA-ları Kiyevə uça bilər" - Jdanovdan XƏBƏRDARLIQ
Bizi izləyin

Avropa

"İranın kamikadze PUA-ları Kiyevə uça bilər" - Jdanovdan XƏBƏRDARLIQ

"Rusiya Federasiyasının Belarus ərazisindən buraxdığı İranın kamikadze pilotsuz uçuş aparatları (PUA) Kiyevə uça bilər".

Publika.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov "Arqument" proqramının efirində danışıb.

O, yanacaq miqdarına görə İranın iddia etdiyi PUA-ların 2000 kilometr uçuş məsafəsini şübhə altına alıb. Jdanov Bila Tserkvaya dronlarının gecə hücumunu xatırladıb.

"Coğrafi cəhətdən Bila Tserkva Kiyevdən cənubdadır, yəni sadəcə onun yanından uçub keçiblər. Orada kifayət qədər böyük hərbi şəhərcik var, ona görə də o, hədəf ola bilər, ya da ola bilsin ki, onlar xüsusi olaraq Kiyevin yanından uça bildiklərini göstəriblər. Onların növbəti dəfə Kiyev istiqamətində dönməyə cəhd etməyəcəkləri fakt deyil”, - ekspert bildirib.

Jdanov hava hücumundan müdafiənin necə cavab verə biləcəyini proqnozlaşdırıb:

"Onların ilk zərbəsi qəfil oldu və biz bu dronlardan bəzilərini əldən verdik. Düşünürəm ki, ikinci hava reydi artıq Bila Tserkva və digər şəhərlərdə işləyəcək".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm