Avropa
İsveçrədə yeni prezident seçildi
İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.
Publika.az xəbər verir ki, federal hökumətin üzvü, vitse-prezident Alen Berset növbəti bir il müddətinə Federal Prezident vəzifəsinə seçilib. Federal Məclisdə 232 nümayəndədən 140 nəfər onun lehinə, 41 nəfər əleyhinə səs verib, 46 nümayəndə seçki vərəqəsini boş, beş nəfər isə etibarsız şəkildə təhvil verib.
Seçkilərdə hökumətin tərkibinə yeni üzvlər də seçilib. Belə ki, səlahiyyət müddəti başa çatan Simonetta Sommaruqanın yerinə Yura kantonunu təmsil edən Elizaet Baume-Şnayder seçilib. O, səsvermənin üçüncü turunda rəqibi Eva Hersoq üzərində (123 səsə qarşı 116 səs) qalib gəlib.
Federal hökumətin digər üzvü Ueli Maurerin postuna isə Bern kantonunun təmsilçisi Albert Rösti seçilib. O, ilk turda rəqibi Hans-Ueli Foqt üzərində qələbə çalıb.
Federal Prezident postuna seçilən Alen Bersetin seçki göstəricisi orta göstəricidən aşağı olub. 2018-ci il prezident seçkilərində onun nəticəsi (190) indikindən xeyli yüksək idi. Ötən il prezident seçilən İqnatsio Kassis 156 səs, ondan öncəki il isə Gi Parmelin 188 səs toplamışdı. Son illərin ən aşağı göstərici 2011-ci ildə Mişelin Kalmi-Reyə məxsusdur – 106 səs, parlament ən böyük etimadı isə 2018-ci ildə Ueli Maurerə göstərmişdi – 201 səs. (Azərtac)
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi