Avropa
Ukrayna 17 min hərbçini Belarusla sərhəddə göndərdi

Ukraynanın 17 min hərbi qulluqçusu Belarusla sərhəddə toplaşıb. Bu silahlılar təkcə sərhədçilərdən ibarət deyil, aralarında digər hərbi birləşmələrin üzvləri də var.
Publika.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo şənbə günü “Belarus-1” telekanalının efirində bildirib.
O qeyd edib ki, hazırda Belarusun dövlət sərhədinin mühafizəsində əsas səylər Ukrayna istiqamətinə yönəlib. Onun sözlərinə görə, ölkəsinə təhlükə yarandığı halda, Belarusda fövqəladə vəziyyətin yaranması istisna olunmur.
“Sərhəddə Ukraynanın mülki əhalisinə silah paylanılması, ərazidə daim uçan pilotsuz təyyarələr və sərhəd zonasının minalanmasını müşahidə edirik. Ukrayna tərəfi Belarusa gəlmək istəyən vətəndaşlarını sərhəddən buraxmır. Biz insanları qəbul etməyə hazırıq və onları əvvəllər də qəbul etmişik. Lakin Ukrayna tərəfi buna imkan vermir, - deyə A.Lappo qeyd edib.

-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."
-
İdman25 Mart 20:58
BOS-dan "Qarabağ” azarkeşlərinə BİLDİRİŞ