Avropa
İngilis polisi bu hadisəyə görə 34 il sonra üzr istədi

Böyük Britaniya Polis Akademiyası və Milli Polis Rəhbərləri Şurası 34 il sonra “Hillsboro faciəsi”nə görə üzr istəyib.
Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, İngiltərə Polis Akademiyasının baş direktoru Endi Marş 1989-cu ildə Hillsboroda törədilən faciə ilə bağlı açıqlama verib:
“Polis Hillsboro faciəsində itkin düşənlərə görə məyusdur. Bu qədər səhv hərəkət etdiyimiz üçün üzr istəyirik. Həmin gün baş verən faciənin əsas səbəbi polis qüvvələri olub”.
Xatırladaq ki, 1989-cu il aprelin 15-də İngiltərədə "Nottingem Forest" və "Liverpul" klubları arasında keçirilən Federasiya Kubokunun yarımfinal matçından əvvəl Hillsboro stadionunda izdiham baş vermiş, 97 nəfər həlak olmuş, 766 nəfər yaralanmışdı.
2017-ci ildə dərc edilən “Hillsborough Families Report”da bu fəlakətin polis səhvləri nəticəsində baş verdiyi bildirilib.
Mehti Kamiloğlu

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar