Sosial
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
Publika.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.
"Siz üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Suqovuşanda və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək", - DİN-dən bildirilib.
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?






.jpg)








.jpg)




















