Avropa
Makron bu ordeni Putindən geri ala bilər
Rusiya prezidenti Vladimir Putin Fransanın ən yüksək mükafatı olan “Fəxri Legion” ordeninin “Böyük Xaç Cəngavəri” titulundan məhrum edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron bildirib, Putini ordendən məhrum etmək, simvolik olsa da, vacib məsələdir.
Makron hələ belə bir qərar vermədiyini söyləyib. Onun sözlərinə görə, bunun üçün daha doğru və uyğun zamanı tapmaq da vacibdir.
Fevralın 9-unda Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. O, Makron tərəfindən mükafatlandırılıb. “Ukrayna və onun xalqına hörmət. Hörmətli Vladimir, cəsarətinizə və qətiyyətinizə görə qarşınızda baş əyirəm”, - deyə Fransa prezidenti qeyd edib.
Qeyd edək ki, V.Putin bu mükafata 2006-cı ildə - Fransaya Jak Şirakın rəhbərlik etdiyi vaxtda Rusiya və Fransa arasında münasibətlərin hərtərəfli infişafına görə layiq görülüb.
Bildirilir ki, Zelenskinin mükafatı Fransada Rusiya prezidentinin respublikanın ən yüksək ordeninə sahib olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Akqabay
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?