Avropa
Fransa və Almaniya arasında CİDDİ QARŞIDURMA: 2035-ci ilə qədər...
Fransa və Almaniya ICE avtomobillərinə və nüvə enerjisinə qadağa qoyulması ilə bağlı fikir ayrılıqlarına görə ciddi qarşıdurma içərisindədir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Nəşrin məlumatına görə, bu gün və sabah Brüsseldə Aİ liderlərinin görüşü keçiriləcək. Tədbirdə Ukraynanın dəstəyi və blokun iqtisadi rəqabət qabiliyyəti müzakirə olunacaq. Amma Paris və Berlin arasındakı münaqişə danışıqları poza bilər.
Xatırladaq ki, daha əvvəl Almaniya nümayəndələri İtaliya ilə birlikdə Avropa İttifaqının 2035-ci ilə qədər ənənəvi mühərrikli avtomobillərin satışına qadağa qoyulması qərarının qarşısını almışdı. Bu qərar ciddi qalmaqal doğurdu.
Alman rəsmiləri qalıq yanacaqlara sintetik alternativlərin aradan qaldırılmasına çalışırlar, çünki bu, Almaniyanın avtomobil sənayesinə fayda verəcək. Eyni zamanda, Aİ artıq iki dəfə belə bir tələbi rədd edib.
Fransa bu vəziyyəti tənqid edib və nüvə enerjisinin Aİ-nin “təmiz” texnologiyaları siyahısına daxil edilməsinə cəhd etmək qərarına gəlib. Bu da öz növbəsində Almaniyanın narazılığına səbəb olub.
Hüseyn İbadlı
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ

















.jpg)

















