Magazin1
Elə hər şeyi Allahın boynuna atırıq... - Xalq şairindən maraqlı açıqlama
“Əgər insan bütün arzularını həyata keçirsəydi, yaşamaq üçün maraq qalmazdı. Çox şey olub ki, etmək istəmişəm, alınmayıb. Elə olub ki, Tanrı qismət etməyib”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz “Qonaqcanlı” verilişində deyib. O, həyatda qarşılaşdığı sınaqlardan və əsl dostluqdan danışıb:
“Bir şeirimdə deyirəm ki, “Bəndə badalağı yıxdı bəndəni, dedilər, bunu da Allah eylədi”. Elə hər şeyi Allahın boynuna atırıq. Amma badalağı vuran bəndə olur. Həyatda badalaq, şapalaq, yalan da görmüşəm. Amma ləyaqətli, mərd insanlar da görmüşəm.
O dəfə bir yoldaşla söhbət edirdim. Mənə təklif etdi ki, növbəti kitabını çap etdirim? Cavab verdim ki, mənim artıq buna ehtiyacım yoxdur. Şükür Allaha, Xalq şairiyəm, Prezident təqaüdüm də var. Dedim ki, çətin günümdə mənə 1 manatlıq yaxşılıq edən adam, vəzifədə atın belində olarkən 1 milyonluq yaxşılıq edəndən daha üstündür. Çünki əsl dost o zaman olur”. (Axşam.az)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi










.jpg)












.jpg)












