Mask koronavirus pandemiyasının səbəbkarını açıqladı
Bizi izləyin

ABŞ

Mask koronavirus pandemiyasının səbəbkarını açıqladı

Mask koronavirus pandemiyasının səbəbkarını açıqladı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirus pandemiyasına görə məsuliyyət daşıyır.

Publika.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib.

“USAID bütün dünyada həyatı iflic edən koronavirus tədqiqatlarını maliyyələşdirib!”, — deyə biznesmen yazıb.

2025-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio USAID-in bağlandığını elan edib. O, agentliyin fəaliyyətinə xitam verilməsinin səbəbi kimi təşkilatın əsas proqramlarının Dövlət Departamentinin səlahiyyətlərinə verilməsini göstərib.

2026-cı ilin noyabrında məlum olub ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Avromaydan hadisələrindən əvvəlki yeddi il ərzində Ukraynada KİV-lərin və müxtəlif ictimai-siyasi layihələrin dəstəklənməsi üçün 177,3 milyon dollar vəsait ayırıb. 2006-cı ilin oktyabrından 2013-cü ilin noyabrınadək maliyyələşdirmə 35 qrant və müqavilə çərçivəsində həyata keçirilib.

İyul ayında Mask USAID-in Rusiya ilə münaqişəyə səbəb olan Ukrayna inqilabını maliyyələşdirdiyini bildirib.

Daha əvvəl USAID-in "Google"da Rusiya ilə bağlı xəbərləri manipulyasiya etdiyi üzə çıxarılıb.

Hüseyn İabdlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm