Aİ Rusiyaya qarşı yeni sanksiyaları dəstəklədi
Bizi izləyin

Avropa

Aİ Rusiyaya qarşı yeni sanksiyaları dəstəklədi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmasını, həmçinin informasiya müharibəsinin güclənməsini dəstəkləyiblər.

Publika.az xəbər verir ki, bu barədə TASS Aİ ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən sammitində qəbul olunmuş bəyanatına istinadən məlumat yayıb.

Sənəddə deyilir ki, Avropa İttifaqı Rusiya Federasiyasına kollektiv təzyiqi, o cümlədən yeni sanksiyaların tətbiqi və artıq qəbul edilmiş məhdudiyyətlərin sərtləşdirilməsini dəstəkləməyə davam edir. Həmçinin qeyd edilib ki, Aİ müttəfiqləri ilə birlikdə Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı çıxmaq üçün informasiya sahəsində fəaliyyətini gücləndirəcək.

Lakin sammitdə yeni anti-Rusiya sanksiyalar paketinin tətbiqi ilə bağlı konkret qərarlar qəbul edilməyib.

MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin Lenta.ru-ya müsahibəsində bildirib ki, qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiya potensialı hələ də tükənməyib. Ekspert hesab edir ki, bir çox sahələr, sektorlar, məhsul qrupları, fiziki və hüquqi şəxslər var ki, onlarla bağlı məhdudiyyətlər tətbiq oluna bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm