Avropa
Avropa Komissiyası Gürcüstanla bağlı qərar verə bilər - Şərt qoyulub ki...

Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə meyllidir.
Bu barədə Publika.az "Exo of Caucasus"a istinadla yazır .
Mənbələrin sözlərinə görə, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə o halda qəbul edilə bilər ki, Tbilisi yaxın aylarda ölkəni Avropa İttifaqından uzaqlaşdırmaq üçün əlavə addımlar atmasa.
Əvvəlcədən, artıq oktyabr ayında Avropa Komissiyası Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün tövsiyə verəcək. Beləliklə, Avropaya inteqrasiya prosesində Tbilisi hələ də Kiyev və Kişinyovdan geri qalacaq.
"Azadlıq Radiosu"nun jurnalisti Rikard Jozviak bildirib ki, hesabatların oktyabrda dərc olunmasına hələ xeyli vaxt var. Və Avropa Komissiyasının Tbilisiyə statusun verilməsi ilə bağlı müsbət tövsiyə verəcəyi təqdirdə, bu, yekun qərar olmayacaq. Onu assosiasiyaya üzv olan 27 ölkə qəbul etməlidir. Ola bilsin ki, bu ilin dekabrında baş verəcək.
Qeyd edək ki, martın əvvəlində Gürcüstanda “xarici agentlər” haqqında qanuna qarşı etirazlar bir neçə gün ardıcıl olaraq davam edib və bu aksiyalar polislə toqquşmalarla müşayiət olunub.
Uzun mitinqlərdən sonra hakim “Gürcü arzusu” partiyası parlamentdə “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsini rədd edib.
Hüseyn İbadlı

-
Magazin104:14
Elzanın qalmaqal yaşadığı gəncə Rozadan sürpriz - VİDEO
-
Hadisə01:41
İlkin Süleymanovun vəkilindən şok detallar
-
Qoroskop00:09
Günün ULDUZ FALI: başqalarını yaşam ərazisinizə buraxmayın
-
Magazin17 İyun 23:48
Flora Kərimova ilə Ülviyyə Alovlu arasındakı məhkəmə bitdi - VİDEO
-
Hadisə7 İyun 22:39
Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - ANBAAN VİDEO
-
Nida Xəbər 7 İyun 21:40
Ermənilər 6 saat mövqelərimizi ATƏŞƏ TUTDU
-
Magazin17 İyun 18:45
Azərbaycanlı aparıcı ABŞ-də evləndi - FOTO
-
Nida Xəbər 7 İyun 17:48
Ərdoğan Putinə zəng etdi - Nələr müzakirə olundu?